Təhsil üzrə ən çox soruşulan suallar

Uşaq aqressivdirsə nə edilməlidir?

Aqressiv davranışa müxtəlif səbəblər təsir göstərə bilər.
Hər şeydən əvvəl ailə uşağın duyğularının ilk öyrənildiyi və yaşandığı mühitdir.Aqressiv davranışa birbaşa məruz qalan və ya şahidi olan uşaqların da aqressiv davranış nümayiş etdirməsi gözlənilən haldır.
Aqressiv davranışın mükafatlandırılması nəticəsində belə davranışlar arta bilər.

Doğuş zamanı baş verən ağırlaşmalar aqressiv davranışa da təsir edə bilər. Xüsusilə də bu vəziyyət əlverişsiz ailə mühiti kimi faktorlarla müşayiət olunduqda aqressiv davranış ehtimalı arta bilər.
Aqressiv usaqla nece davranmalı?
Valideynlər uşağa müsbət davranış nümunəsi göstərməlidirlər. Bundan əlavə, uşaq qəzəblənmədiyi və ya çətin vəziyyətin öhdəsindən gələ bildiyi zaman bu davranışı müəyyən etməli və mükafatlandırmalıdır.
SEÇİM ŞANSI VERİN.
Uşağa seçim imkanı verməklə, tərəddüd etmədən ehtiyaclarını ifadə edə biləcəyi bir mühit yaradılmalıdır.

Aqressiv davranışa yol verilməməlidir. Bu tip davranışlar nəticəsində uşağın istəkləri yerinə yetirilirsə, uşaq aqressiyanı öz istəklərinə çatmaq üçün bir vasitə kimi görməyə başlayır.
AĞIR CƏZALAR VERMƏYİN.
Aqressiv davranışları cezalandırmaqdan qaçmaq lazımdır. Cəza (xüsusilə də fiziki zorakılıqla bağlı cəza) uşaqda düşmənçilik hissləri yaradır.
 "Mən" DİLİNDƏN İSTİFADƏ EDİN.
Aqressiv davranış baş verdikdə, böyüklər sakit davranmalı və mən dilindən istifadə etməlidirlər. Misal üçün, deyilməlidir ki, “belə davrandığın üçün çox təəssüf edirəm”. Uşaq gərgin və qəzəbli olduqda, onunla mübahisə etməməli, onun sakitləşməsini gözləməli və davranışı barədə sonra danışmaq lazımdır.

Hansı yaşda uşağı psixoloqa göstərmək vaxtıdır?

Ailələr uşaqları ilə bağlı aşağıdakı vəziyyətlərdə psixoloqlara müraciət edə bilərlər.
• İnkişafa nəzarət üçün.
• Davranış və uyğunlaşma problemləri ,xəstəliklər zamani psixoloji dəstək üçün.
• Ailə ilə bağlı problemlər 
0-6 yaş dövründə uşaqların inkişafının yoxlanılması üçün vaxtaşırı mütəxəssisə aparılmalıdır. Valideynlər uşaq inkişafı ilə bağlı məlumat əldə edərək,
uşaqlarının inkişafının normal olub-olmadığını öyrənirlər. İnkişafa nəzarət zamanı uşaqların inkişafı 5 qrupda yoxlanılır; fiziki, hərəkət, dil, sosial-emosional, zəka inkişafı.
Geridə qalan inkişaf sahələrini və bu sahələri dəstəkləmək üçün nə etməli olduğunuzu öyrənəcəksiniz. 
Uşağınızın inkişafını dəstəkləmək üçün nə edə biləcəyinizi öyrənirsiniz.
Uyğunlaşma problemləri və davranış pozğunluqlarının müalicəsində çox vaxt tək psixoloji yardım kifayətdir. Uyğunlaşma və davranış pozuntularına misal olaraq aşağıdakı problemləri sadalaya bilərik;

- Gecə qorxuları.
– Barmaq əmmə. (körpəlikdən başqa)
- Dırnaq yemək.
- Qəzəb və aqressiya.
- Yatağı islatmaq.
– Kəkələmə.
- Tiklər.
- Yalan danışma.
- Oğurluq.
- Qardaş qısqanclığı.
- Cinsi problemlər və mastürbasyon.
- Yemək pozuntusu.
- Yuxu pozuntusu.
- İntroversiya.
- Həddindən artıq inadkarlıq.
 Ailə ilə bağlı problemlər və həyat dəyişiklikləri. Boşanma, ailə üzvünün ölümü, baxıcının dəyişməsi, şəhər və ya evin dəyişməsi, məktəbə başlama, uşaq bağçasına başlama, bacı-qardaşın doğulması və ananın işə başlaması kimi həyat dəyişiklikləri uşaqlarda əhəmiyyətli emosional problemlərə səbəb ola bilər.Yetkinlər kimi, uşaqlar da müxtəlif səviyyələrdə bu cür dəyişikliklərdən təsirlənə bilər. Bu dəyişikliklərdən əvvəl uşaqların bu dəyişikliyə hazır olub-olmadığını öyrənmək üçün psixoloqla məsləhətləşmək, hazır deyilsə, bu hadisələrin uşaqlara necə izah oluna biləcəyi ilə bağlı məsləhətləşmək faydalıdır.

Əgər uşaq bütün hərfləri öyrənibsə.amma oxuya bilmirsə nə etməli?

Övladınızla və ya şagirdinizlə  bu hal yaşanırsa ola bilsin ki uşaqda disleksiya var. Bunun üçün ilk öncə mütəxəssisə müraciət edib dəqiqləşdirmək və tez zamanda təlimə başlamaq lazımdır. Təlim nə qədər gec başlasa nəticə almanız o qədər uzun çəkər .

Uşaqda zamanla kəkələmə inkişaf edə bilər mi?

İlk önca onu qeyd etmək lazımdır ki, heç bir uşaq dil açdığı andan kəkələməyə başlamır. Uşağın nitqi inkişaf etdikcə fiziolojik və genetik yönəlimi varsa kəkələmə inkişaf edə bilir.

Uşağın loqopedə ehtiyacı olub olmadığını ana özü müəyyən edə bilər mi?

 Əlbəttə edə bilər. Bunun üçün uşaq inkişaf normativlərini bilmək və yaşına uyğun normativləri  qarşılaşdıraraq müşahidələr etmək kifayət edir. Unutmayaq ki  ilk illərdə ən bəsit görünən geriləmə irəlidə daha çətin həll yolu olan fəsadlara gətirib çıxara bilər. Bunun  üçün də erkən fərqinə varıb erkən müdaxilə etmək vacibdir.