“Special School”un məqsədi xüsusi qayğıya ehtiyacı olan (eşitmə, görmə, fiziki və qavrama bacarıqlarında çətinlik olan və inkişafı yaş xüsusiyyətlərinə cavab verməyən) uşaqları məktəbə adaptasiya etmək və övladının ehtiyaclarına görə karyerasını yarımçıq qoyan valideynlərə dəstək verməkdir.
Məktəbdə təlim prosesinə uşaqlar school rejimində 6-12, preschool rejimində 4-6 yaş aralığında cəlb olunur və uşaqların maraqlarına, ehtiyaclarına və davranış göstəricilərinə uyğun olaraq beş qrup fəaliyyət göstərir. Qruplar rus və azerbaycan bolməsinə bölünür. Hər qrupda 6 nəfərin təhsil alması nəzərdə tutulur və hər qrupda dörd mütəxəssis – xüsusi pedaqoq, psixoloq, loqoped və dayə uşaqlarla iş aparır. Biz həftənin 5 günü 9:00 – dan 18:00 – dək fəaliyyət göstəririk.