Məşğələlər üzrə ən çox soruşulan suallar
Uşaqlarda sosial bacarıqların təkmilləşdirilməsində, duyğuları ifadə etməkdə, özünə inamın artmasında, diqqətin inkişafında, kiçik və böyük motor bacarıqların inkişafında musiqi terapiyasının böyük təsiri vardır.
Musiqi, uşaqları mənəvi cəhətcə zənginləşdirməklə yanaşı, onların fiziki və intellektual inkişafında mühüm rol oynayır
Ilk öncə oyun materialı seçilməli və oyundan kənar materiallar o mühitdə saxlanılmamalıdır. Yəni, ətrafda uşağın diqqətini yayındıracaq əlavə oyuncaqlar və ya əşyalar olmamalıdır.
Oyun oynayarkən ona fərqli səs tonları ilə müraciət etməli, monoton danışıq tonlarından qaçınılmalıdır.
Oyun zamanı usaq ilə fiziki əlaqə saxlamağa xüsusi diqqət yetirilməlidir.
Psixoloji pozuntuları müalicə etmək və psixi sağlamlığı gücləndirmək üçün bədii üsullardan istifadə sənət terapiyası kimi tanınır. Art terapiyanın əsas prinsipi mühakimə etmədən proses və nəticə almaqdır. Yalnız bu yolla insan öz daxili dünyası ilə görüşə, inam formalaşdıra bilər. Yaradıcılıqda uşağın həm şüurlu, həm də şüursuz şəkildə gizli istək və duyğularını ifadə etməsi çox daha asandır. Həqiqətən də, bu üsulda birbaşa danışmağa ehtiyac yoxdur - rəng və ya digər metodlarla nəticə əldə etmək olar.