Musiqi terapiyası
Musiqi terapiyası şifahi dili olmayanlara ünsiyyət qurmaq və qeyri-şifahi şəkildə ifadə etmək imkanı verir. Paylaşılan oyunda, növbə gözləməkdə,dinləməkdə və başqa bir insana cavab verməkdə və şəxslərlərarası münasibətdə musiqi terapiyasının əhəmiyyəti olduqca böyükdür. Musiqi terapiyası vasitəsilə eşitmə emalı və digər sensor-motor, qavrayış/hərəkət, kobud və incə motor bacarıqları inkişaf etdirilir. Musiqi həvəsləndirici və cəlbedici olduğu üçün ondan istənilən cavablar üçün təbii “möhkəmləndirici” kimi istifadə oluna bilər. Həmçinin,musiqi terapiyası müəyyən səslərə qarşı duyusal ikrahı olanlara,səs həssaslığı və ya eşitmə prosesində fərdi fərqlərin öhdəsindən gəlməyə kömək edə bilər.