Loqopedlə individual məşğələ
Məlum olduğu kimi loqopedik məşğələlər fərdi və qrup şəklində aparılır. Fərdi məşğələlərdə təlim zamanı loqopeddə bir uşaq iştirak edir və nitq pozuntularının düzəlməsinə şəxsiyyət yönümlü yanaşmaya riayət etməyə imkan verir ki, bu da öz növbəsində uşaqlarda ümumi nitq bacarıqlarının, lüğət ehtiyatının artırılmasına, nitqin fonetik və fonematik tərəfinin, qrammatik quruluşunun, rabitəli nitqinin inkişafına fərdi yanaşmağa imkan yaradır.