Ətraf aləmlə tanışlıq
Uşaqların inkişafında və tərbiyəsində bir sıra vasitələr mövcuddur. Onlardan ən başlıcası təbiətlə tanışlıqdır. Ətraf aləm uşaqların rabitəli nitqin inkişafında əsas amildir. Muxtəlif yaş qruplarında uşaqlara canlı və cansız təbiət haqqında, ilin fəsilləri haqqında biliklər oyrədilir. Bu biliklər sisteminə də onlar xüsusi təşkil olunmuş məşğələlərdə və məqsədli ekskursiyalarda yiyələnirlər. Məşğələlərdə tətbiq olunan təlim üsulları aşağıdakılardır:
-Uşaqların məşğələlərdə nə edəcəklərini və necə edəcəklərini izah etmək
-Nümunələrin göstərilməsi
-Oyun texnikaları
-Şəkillərə baxmaq və s.
Tərbiyəçi tərəfindən tətbiq olunan bütün təlim üsulları məşğələnin məqsəd və məzmununa kömək edir.