Bədii ədəbiyyat üzrə iş
Bədii fəaliyyət prosesində uşaqda yaradıcı təxəyyül, təfəkkür, ünsiyyət bacarıqları, digər insanların mövqeyini qəbul etmək bacarığı yaranır və inkişaf edir. Təbiətdə, ətraf mühitdə, insanların hərəkətlərində, geyimdə gözəlliyi görmək bacarığını tərbiyə etmək, yaradıcı qabiliyyəti (musiqi duyumu, təsviri fəaliyyət) inkişaf etdirmək lazımdır. Yaradıcılıq şəxsiyyətin mənəvi inkişafında, insani hisslərin təkmilləşməsində mühüm rol oynayır. Bunun da təməli erkən yaş dövründə qoyulur.
-Uşağın bədii fəaliyyətdəki iştirakını təmin etməklə, incəsənət əsərlərinin qavranılması;
- İncəsənət əsərlərinə emosional münasibətin təzahürü üçün şəraitin yaradılması;
- Böyüklər tərəfindən oxuma, rəsmlərin çəkilməsinə və s. uşaqların diqqətinin cəlb olunması;
- Uşaqları böyükləri təqlidə həvəsləndirmək, birlikdə icra etmək
Bədii təfəkkürün inkişafı məşğələsində dinləyib-anladığı fikirləri şərh edir və dinlədiyi fikirlərə münasibət bildirir.