Special School Xüsusi uşaqlar üçün məktəb haqqında məlumat
“Special School”un məqsədi xüsusi təhsilə ehtiyacı olan (eşitmə, görmə, fiziki və qavrama bacarıqlarında çətinlik olan və inkişafı yaş xüsusiyyətlərinə cavab verməyən) uşaqları təhsilə adaptasiya etmək və övladının ehtiyaclarına görə karyerasını yarımçıq qoyan valideynlərə dəstək verməkdir.
“Special School da təlim prosesinə uşaqlar 4 – 12 yaş aralığında cəlb olunur və uşaqların maraqlarına, ehtiyaclarına və davranış göstəricilərinə uyğun olaraq Rus və Azərbaycan qrupları fəaliyyət göstərir. Hər qrupda 6 nəfər təhsil alması nəzərdə tutulur və hər qrupda 3 mütəxəssis – pedaqoq, assistent və dayə uşaqlarla iş aparır. Biz həftənin 5 günü 9:00 – dan 17:40 – dək fəaliyyət göstəririk. Uşaqlar burada 5 dəfə qidalanır. Xüsusi hazırlanmış proqram əsasında fəaliyyət göstərilir. Proqrama daxildir:
- Səhər yeməyi- 30 dəqiqə
- Nahar yeməyi- 30 dəqiqə
- Şirniyyat saatı-10 dəqiqə
- Axşam yeməyi- 30 dəqiqə
- İstirahət vaxtı- 60 dəqiqə
- Musiqi- 45 dəqiqə
- Üzgüçülük- 45 dəqiqə
- İdman -45 dəqiqə
- Əmək- 45 dəqiqə
- Dram- 45 dəqiqə
- Ədəbiyyat-45 dəqiqə
- Riyaziyyat-45 dəqiqə
- Həyat bilgisi-45 dəqiqə
- Savad təlimi-45 dəqiqə
- Psixoloq-45 dəqiqə
- Loqoped -45 dəqiqə
- Sosial və özünəxidmət bacarıqları- 45 dəqiqə
- Qrup oyunları- 45 dəqiqə
- Art terapiya- 45 dəqiqə
“Special School”da uşaqların ehtiyaclarına fərdi yanaşma var. Burada rüblük uşaq inkişafı qiymətləndirilməsi aparılır və valideynlər üçün həftəlik tədris və fəaliyyət hesabatı hazırlanır.
“Special School”da uşaqlar üçün gündəlik tibbi nəzarət və pediatr müayinəsi təşkil olunur. Sanitar – gigiyenik vəziyyətin davamlı yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilir. Bundandan əlavə, məktəbdə xüsusi təhlükəsizlik tədbirləri görülüb, yanğından mühafizə sistemi var.